Azərbaycanda Xəzər dənizi sahilində dənizdən 3 km yaxınlıqda istənilən fəaliyyətə qadağa Qanunu tətbiq edildi.
Oxu.Az abc.az-a istinadən bildirir ki, Azərbaycan Parlamenti bu gün “Xüsusi mühafizə edilən təbiət ərazi və obyektləri” haqqında Qanuna dəyişikliklər edib, bu dəyişikliklər belə ərazilər üçün sanitar-mühafizənin genişləndirilməsini nəzərdə tutur.
Dəyişikliklərə əsasən sanitar-mühafizə əraziləri torpaq və su xüsusi mühafizə edilən təbiət ərazi və obyektlərinin xarici sərhədlərindən 3000 metr enində olmalı və onları əhatə etməlidir.
Dəyişikliklər deputat korpusunun çoxsaylı suallarına meydan açdı, belə ki, cari qanunvericiliyə müvafiq olaraq dəniz sahilindən 30 metr uzaqlıqda obyektlər tikmək olar.
Vitse-spiker Valeh Ələsgərov qeyd etdi ki, sanitar-mühafizə ərazisində yerləşən əmlak sahiblərinin fəaliyyəti ya yeni sanitar tələblərə uyğun olaraq məhdudlaşdırılacaq, və ya onlar belə ərazilərin sahəsində olan obyektlərini sata bilərlər.
“Dəyişikliklərin və sanitar-mühafizə ərazilərinin genişləndirilməsinin əsas məqsədi ölkədə, eləcə də Xəzər dənizində sağlam ekoloji mühitin yaradılmasıdır. Bu zaman ölkədə ətraf mühitin qorunması üçün həyata keçirilən tədbirləri diqqətsiz qoymaq olmaz, belə ki, son illərdə elektrik enerjisinin istehsalı zamanı atmosferə buraxılan zərərli maddələrin həcmi 2,4-2,5 dəfə azalıb. Bu heç bir başqa dövlətin əldə edə bilmədiyi yüksək göstəricidir”, - vitse-spiker bildirib.
Qeyd edək ki, demək olar ki, Bakının bütün mərkəzi, sahilyanı Abşeron qəsəbələri və neft-qaz strukturunun əsas hissəsi, Bakı və Sumqayıt sənaye müəssisələrinin çoxu 3-kilometrlik sanitar ərazisinə düşür.
Onların fəaliyyətinin məhdudlaşdırılması ÜDM-i 50% sual altında qoyur.
Əgər Ekologiya və Təbii Sərvətlər Nazirliyi sanitar-mühafizə ərazilərində fəaliyyətin tənzimlənməsini sərt ssenari ilə aparsa, yalnız Bakıda, 15 milyon kvadratmetr yaşayış yeri çatışmazlığı olduğu halda 1 milyon insanı köçürmək lazım gələcək.