Sığorta şirkətlərinin devalvasiya ilə bağlı bağlanmasını müşahidə etmirik.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bu gün keçirilən konfransda devalvasiya ilə bağlı sığorta şirkətlərinin bağlanması ehtimalı varmı? Sualına cavab olaraq bildirib.
“Rəqəmlər bizə bu barədə nəsə demir” - deyə, xidmətin rəisi əlavə edib.
Namiq Xəlilov sığorta şirkətlərinin 2015-ci ilin 1-ci rübünün göstəricilərini də müsbət qiymətləndirib:
“Biz görürük ki, sığorta bazarında müsbət artım dinamikası davam edir. Bizim narazı qalmağımıza heç bir əsas yoxdur” - deyə, xidmət rəisi əlavə edib.
Ülviyyə R. Əli
www.oxu.az