Azərbaycan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib.
Oxu.Az qurumun saytına istinadən xəbər verir ki, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Suraxanı rayonu Səttar Bəhlulzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq İlqar Məmmədov küçəsindən istifadə etmələri tövsiyə olunur.
E.Ə.
www.oxu.az