"Azərbaycan ilə Afrika ölkələri arasında ticarət dövriyyəsi 2023-cü ildəki 150 milyon dollardan 2025-ci ildə 580 milyon dollara yüksəlib".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" adlı tədbirdə bildirib.
Nazir müavininin sözlərinə görə, energetika və bərpaolunan enerji mənbələri, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, nəqliyyat və logistika, hasilat sənayesi, təhsil və peşə hazırlığı, rəqəmsallaşma, innovasiyalar və dövlət xidmətlərinin göstərilməsi kimi sahələr Azərbaycanın regionla əməkdaşlığının genişləndirilməsi üçün böyük potensiala malikdir.