2015-ci ilin yanvar ayı ərzində Ceyhan limanından 2 milyon 480 min 296 ton Azərbaycan nefti satılıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
SOCAR-ın məlumatında qeyd olunur ki, bu həcmin 1 milyon 698 min 768 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.
Qeyd edək ki, ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il fevral ayının 1-ə qədər Ceyhan limanından 264 milyon 419 min 386 ton Azərbaycan nefti satılıb.