Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yaşıl Zonada SOCAR tərəfindən dəstəklənən "Dayanıqlı İnnovasiyalar Çağırışı" adlı tədbir baş tutub
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) altıncı günü Yaşıl Zonada növbəti tədbir baş tutub.
Oxu.Az xəbər verir ki, SOCAR tərəfindən dəstəklənən "Dayanıqlı İnnovasiyalar Çağırışı" tədbirinin məqsədi müxtəlif ölkələrdən olan gənc nümayəndə heyətlərini bir araya gətirmək, gənclər-iqlim gündəliyi üzrə milli səviyyədə ən yaxşı təcrübələri paylaşmaqdır.
Dünyanın müxtəlif ölkələrindən tədbirə qatılan gənclər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (SDG) gündəliyi ilə bağlı təqdimatlar və qısa məlumatlar paylaşıblar.
Qeyd olunub ki, bu interaktiv tədbir gənc liderlərə bir-biriləri ilə ən yaxşı təcrübələri və rəsmi gənclər siyasətini paylaşmaq imkanı yaradır. Belə ki, gənc nümayəndələr arasında birbaşa dialoqun təşviqi yeni nəsil liderlərin regional və qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı birgə səylərini gücləndirməyi hədəfləyir.
Tədbirə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf də qatılıb.
Şəhriyar Səmədov
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"