Yaxın Şərqdə münaqişənin əhəmiyyətli dərəcədə kəskinləşməsi fonunda neftin bahalaşması müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:08-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.8 dollar (0.94%) artaraq bir barel üçün 85.53 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 1.43 dollar (1.7%) artaraq bir barel üçün 84.73 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 0.52 dollar (0.66%) artaraq bir barel üçün 79.86 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 1.20 dollar (1.5%) artaraq bir barel üçün 79.34 dollara satılmışdı.