Azərbaycanda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqələrinin genişləndirilməsi nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat 2015-ci ilin Kənd Təsərrüfatı elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alır.
Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına müvafiq taşırıqlar verilib.
Qeyd edək ki, belə məntəqələrin tikintisi 2015-ci il ərzində reallaşdırılacaq.
Xatırladaq ki, Tədbirlər Planı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2015-ci il 3 aprel tarixli sərəncamı ilə təsdiq edilib.