Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hardjis Baumanisin vəfatı ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına, habelə Latviyanın Xarici İşlər Nazirliyinə dərin hüznlə başsağlığı verib.
Oxu.Az XİN-nin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, səfir H. Baumanis peşəkar diplomat və yüksək əxlaqı keyfiyyətlərə və ləyaqətə malik insan olub:
“O, Azərbaycanla Latviya arasında dostluq və əməkdaşlığın inkişafı üçün səylərini əsirgəmirdi. Allah rəhmət eləsin!”.
08:52
Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanis Bakıda dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya teleaparıcı, Latviya səfirliyi ilə əməkdaşlıq edən Emin Musəvi məlumat verib.
Onun sözlərinə görə, latviyalı diplomat aprelin 6-da vəfat edib.
“O, ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayıb", - deyə Emin Musəvi bildirib.
1967-ci ildə dünyaya gələn H.Baumanis Azərbaycandan əvvəl Litvada səfir və Sankt-Peterburqda baş konsul vəzifələrində çalışıb. Səfirin vəfatını Latviya XİN təsdiqləyərək ailəsinə başsağlığı verib. Qeyd edək ki, Hardis Baumanis fəaliyyətini Latviya XİN-də davam etdirmək üçün yayda ölkəsinə dönməliymiş.