Yevlax Pilot Aqroparkda “O Bağ” MMC və fərdi sahibkar Mirsahib Səmədova rezident statusu verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Rezidentlər 35,4 hektar sahədə investiya dəyəri 301,3 min manat olan intensiv meyvə bağları salacaq, 8 nəfəri daimi, 30 nəfəri isə mövsümi işlə təmin edəcəklər”, - deyə o qeyd edib.
Yevlax Pilot #Aqropark-da “O BAĞ” MMC və fərdi sahibkar Mirsahib Səmədova rezident statusu verilib. Rezidentlər tərəfindən 35,4 hektar sahədə #investisiya həcmi 301,3 min ₼ olan intensiv meyvə bağları salınacaq, 8 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin ediləcək.… pic.twitter.com/0oGcPFCfWP
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 9, 2023