“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinə daha üzv seçilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Vüqar Rəfiyev İdarə Heyətinin üzvü seçilib.
Eyni zamanda, V.Rəfiyev büdcə nəzarəti və mühasibat uçotu departamentinin rəhbəri vəzifəsini tutur.
Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə Avni Demirci gətirilib.
A.Demirci bundan öncə “Ziraat Bank (Moskva)” QSC-nin Müşahidə Şurasının üzvü, eyni zamanda İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Onun müavini vəzifəsinə isə Alptekin Sarıgöl təyin olunub. A.Sarıgöl bundan əvvəl “Azər-Türk Bank”ın İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabr ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.
Bank 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.