Ziya Bünyadov prospektinin əsas yolu bütünlüklə sürücülərin istifadəsinə verilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC açıqlama verib. ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Oxu.Az-a bildirib ki, bu gün 16:40-dan etibarən Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən Böyük Şor yol qovşağına qədər olan hissəsi açılıb.
Bununla da Ziya Bünyadov prospektinin hər iki istiqamətə əsas yolu açılıb.
Hazırda köməkçi yollarda son tamamlanma işləri aparılır.
Yaxın günlərdə onlar da istifadəyə veriləcək.
E.Ə.
www.oxu.az