Xalq artisti Zülfiyyə Xanbabayeva, Brilyant Dadaşova və əməkdar artist Natiq Şirinov Gəncədə konsert proqramı ilə çıxış edəcəklər.
Oxu.Az xəbər verir ki, dekabrın 22-də baş tutacaq gecədə türkiyəli ifaçı Fərhad Göçər də yerli ulduzlarla eyni səhnəni bölüşəcək. Bu haqda prodüser Tolik İnstaqramda yazıb:
“Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalq konserti keçiriləcək. Konsert İcra Hakimiyyətinin binası qarşısında baş tutacaq”.