Nəqliyyat naziri Ziya Məmmədov 2014-cü il 25 iyul tarixində Ucar şəhərində Göyçay, Ağdaş, Zərdab və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 23 iyul 2014-cü il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq: Ucar “31 saylı Yol İstismarı İdarəsi” (Ucar şəhəri, 29-cu məhəllə), Göyçay “13 saylı Yol İstismarı İdarəsi” (Göyçay şəhəri, X.B.Natəvan küçəsi-10 (Göyçay körpüsünün yanı)), Ağdaş “14 saylı Yol İstismarı İdarəsi” (Ağdaş rayonu, Yuxarı Qəsil kəndi), Zərdab “32 saylı Yol İstismarı İdarəsi” (Zərdab rayonu, Əlvənd magistral yolunun 3-cü km).
Gülnarə Zeynalova
www.oxu.az