Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

100 qadının fotoları ilə söyüşlü videolar paylaşmışdı - Həbs edildi
Azərbaycanda saxta profillərlə çoxsaylı qadınların fotolarından ibarət söyüşlü videolar yayan şəxsin kimliyi müəyyən edilib.
Oxu.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə sosial şəbəkə istifadəçisi olan qadınların fotolarını icazəsiz götürərək nalayiq formada paylaşan şəxsin Masallı rayon sakini 2000-ci il təvəllüdlü H.Paşalı olması müəyyən edilib.
Onun "TikTok" sosial şəbəkəsində 5 saxta profili idarə etməsi və topladığı fotoların fonunda söyüşlü, qeyri-etik ifadələr yerləşdirərək həmin səhifələrdə yayması məlum olub.
Bildirilib ki, H.Paşalının əməlləri ilə bağlı bir neçə qadın polisə müraciət etdikdən sonra araşdırma aparılıb. Saxta profillərin Masallıda yaşayan şəxs tərəfindən idarə edilməsi məlum olandan sonra o, fevralın 16-da Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İş üzrə materiallar Masallı Rayon Məhkəməsinə göndərilib. O, ifadəsində təxminən 100 qadının fotolarını götürərək hazırladığı videolarda istifadə etdiyini bildirib.
Məhkəmənin qərarı ilə saxlanılan şəxsə 20 gün həbs cəzası verilib.
"Kibercinayətkarlıq" teqi üzrə xəbərlər
- Paris prokurorluğu "X" sosial şəbəkəsi ilə bağlı araşdırmaya başlayıb
- DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər
- "ChatGPT"yə meydan oxuyan "DeepSeek" sındırıldı və məxfi məlumatlara giriş əldə edildi
- DİN-dən süni intellektlə bağlı XƏBƏRDARLIQ
- Bəs sizin nömrənizi "GetContact"da hansı adla yazıblar? - Şəxsi məlumatlarımız belə oğurlanırmış