Masallı rayonu ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona "saxla" işarəsi verilib.
Oxu.Az xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən T.Əliyevin narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin narkotik vasitədən istifadə etdiyi müəyyənləşib.
Məhkəmənin qərarı ilə T.Əliyev inzibati qaydada həbs olunub.
Qaynar xətt:
(055) 224 12 12