Masallı rayonunda 15 yaşlı qızın itkin düşməsi ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb.
Oxu.Az-ın məlumatına görə, Nəsimi rayonunda polisin keçirdiyi tədbirlər nəticəsində yeniyetmənin yeri müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar zamanı şəxsin itkin düşməsi faktında cinayət tərkibinin olmadığı müəyyən edilib. Həmçinin məlum olub ki, o, bundan əvvəl də dəfələrlə valideynlərinə xəbər vermədən yaşadığı evi tərk edib.
Qaynar xətt:
(055) 224 12 12