Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

119 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan sahibkarlar İFŞA OLUNDULAR
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərinin ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
Hazırkı vaxtadək Bakı şəhərinin Nərimanov və Suraxanı Rayon prokurorluqları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bəzi sahibkarlıq subyektlərinin xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə etdikləri pul vəsaitlərinin 70 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 119 milyon manatdan çox) hissəsinin ölkəmizdə müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib.
Prokurorluq orqanları tərəfindən bu kateqoriya araşdırmalara dair, yəni müxtəlif şəxslər tərəfindən mal və məhsulların ixracı nəticəsində əldə edilən pul vəsaitlərinin ölkəmizdə müvəkkil bank hesablarına qaytarılması istiqamətində zəruri prosessual tədbirlərin icrası davam etdirilir.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Bir neçə rayonda qanunsuz ağackəsmə faktı ilə bağlı ARAŞDIRMA - 44 min manatdan çox ziyan vurulub
- 86 milyon manatdan artıq pul vəsaitini ölkəyə qaytarmayan vəzifəli şəxs HƏBS OLUNDU
- Zaqatalada ağacların kəsilməsi ilə bağlı cinayət işi başlandı: Vəzifəli şəxslər işdən ÇIXARILDI
- Azərbaycanda təbiətə yüzminlərlə manat ziyan vuruldu - Cinayət işi açıldı
- "Global Media Group"un tərkibindəki media qurumu "Prokurorluğun dostu" mükafatı ilə təltif olunub