İyulun 14-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, saat 16:30 radələrində, Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzində naməlum şəxs Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Konstantin Dutkinə bıçaqla xəsarət yetirib.
Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayıl Abbasov tutulub.
Hadisənin səbəbləri araşdırılır.