Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
50-yə yaxın şəxsi işə düzəltmək adı ilə aldadan keçmiş məhkum ƏLƏ KEÇDİ
50-yə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində 3 nəfər rayon sakinini dövlət müəssisələrindən birinə sürücü kimi işə düzəltmək adı altında dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pulunu mənimsəyən şəxs saxlanılıb.
Həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dələduzluq əməlinə görə bir neçə dəfə məhkum olunmuş Ceyhun Bədəlov olduğu müəyyən edilib. Onun müxtəlif mobil nömrələrdən vətəndaşlarla əlaqə saxlayaraq onlara saxta iş təklifləri etdiyi, daha sonra isə onlayn ödəniş sistemindən istifadə etməklə pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib. İlkin araşdırma zamanı C.Bədəlov bu üsulla ümumilikdə respublika ərazisində 48 vətəndaşın müxtəlif məbləğlərdə pulunu ələ keçirdiyini etiraf edib. Həmin şəxsin digər analoji əməllərinin də olması istisna edilmir.
C.Bədəlovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Lənkəran ŞRPŞ-yə məlumat vermələri xahiş olunur.
"Lənkəran" teqi üzrə xəbərlər
- Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb
- Təcili tibbi yardım avtomobili həkimin maşını ilə toqquşdu, xəsarət alan xəstə öldü
- Lənkəranda "QAZel" qadını VURDU
- Təcili yardım avtomobilinin qəzaya uğraması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ
- Lənkəranda zəncirvari qəzada altı maşın əzilib
Rəylər