Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

55 min mənimsəmədə ittiham olunan xanım mühasibə ağır cəza istəndi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Bakıda şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Bahar Altay qızı Abışovanın məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, "Akrali Metal" şirkətinin 55 250 manat pulunu mənimsəyən Bahar Abışovanın dəymiş ziyandan 15 min manat ödədiyi məlum olub. Məhkəmə prosesində o da məlum olub ki, şirkət keçmiş mühasibinə 10 min manat da bağışlayıb. Sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Bahar Abışovanın 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Çıxış edən şirkət qanunu nümayəndəsi Bahar Abışovanın həbslə olmayan cəzanın verilməsini məhkəmədən xahiş edib. Şirkətin nümayəndəsi Ülkər Akralı da vəkilinin çıxışı ilə razı olduğunu qeyd edib.
Məhkəmə prosesi 5 iyun tarixinə kimi təxirə salınıb.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
- Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu: Deputatlığa namizəd olubmuş
- Yeddi körpənin öldüyü hadisə: "Əvvəllər də yanğın olub, tez söndürmüşük, heç kim bilməyib"
- Yarım milyardlıq leqallaşdırma işi: "WhatsApp" yazışmaları məhkəmədə üzə çıxdı
- Atasının ölümündə təqsirləndirilən oğul onun meyitinin ekshumasiyasını istədi