“85 saylı məktəbdə heç bir bıçaqlanma hadisəsi baş verməyib”.
Oxu.Az-ın məlumatına görə, bunu modern.az-a açıqlamasında 85 saylı məktəbin diroktor köməkçisi Aynur Hüseynova deyib.
O bildirib ki, bıçaqlanma xəbəri yayılan Turan Əliyev yıxılıb.
“Məktəbin 11-ci sinif şagirdi Turan Əliyev sadəcə yıxılaraq kiçik xəsarətlər alıb. Bıçaqlanma faktının olması doğru deyil. Həm də Turan Əliyev məktəbdən kənarda yıxılıb. Ona görə əlavə məlumat verə bilməyəcəyəm”
Qeyd edək ki, xəsarət alan şagird xəstəxanaya yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.
10:30
Bakıda orta məktəbdə bıçaqlanma olub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 85 saylı orta məktəbdə 11-ci sinif şagirdi, 17 yaşlı Turan Vüqar oğlu Əliyev məktəb yoldaşı, 17 yaşlı Tərlan Vasif oğlu Hacıyev tərəfindən bıçaqlanıb.
Xəsarət alan məktəbli xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparır.
E.Ə.
www.oxu.az