Abşeron rayonunda törədilmiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.
Oxu.Az xeberle.com-a istinadən məlumat verir ki, qatillər V.Həsənovanın başını kəsib, həyat yoldaşını isə güllə ilə ürəyindən vurublar.
Üstəlik, izi itirmək üçün evi yandırıblar.
Hazırda mərhumların meyitləri Sumqayıt şəhər 1 saylı təcili tibbi yardım xəstəxanasının morqundadır.
Bu arada “Report”un məlumatına görə, bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirən şəxs artıq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1980-cı il təvəllüdlü Hüseynov Fədai Güloğlan oğlu tutulub. O, ifadəsi zamanı cinayatı törətdiyini etiraf edib.
11:00
Azərbaycanın Abşeron rayonunda dəhşətli qətl törədilib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Qəsəbə bələdiyyəsinin sədri və onu həyat yoldaşı yaşadığı evdə qətlə yetirilib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.
E.Ə.
www.oxu.az