Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Abşeronda mağazadan 100 min manatlıq oğurluq: Hissə-hissə talayıb satdılar
Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ərazidə yerləşən mağazalardan birinin sahibi ona məxsus anbardan 100 min manat dəyərində elektrik əşyalarının oğurlanması barədə polisə müraciət edib.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlə hadisəni törədən Faiq Cəbiyev və Namiq Xanməmmədov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, qabaqcadan əlbir olan F.Cəbiyev və N.Xanməmmədov işlədikləri mağazanın deposundan elektrik açarları, mis şinləri və elektrik naqillərini hissə-hissə talayıb satıblar.
Faktla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
"Xırdalan şəhəri" teqi üzrə xəbərlər
- Üç yaşlı qızının gözü qarşısında arvadını öldürənlə bağlı qərar verildi
- Əhalinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
- Qətlə görə tutulan şəxslərin cəzası azaldıldı: "Günə min manat xərcləyən sifarişlə adam öldürər?"
- Xırdalanda sahibsiz itlər məktəblinin ayağını DİŞLƏDİLƏR
- Arvadının barmağını sındıran şəxsə hökm oxundu