Abşeron rayonunda Yeni Saray adlanan ərazidə evi yiyəsiz görən oğrular mənzilə girərək müxtəlif əşyalar aparıblar.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, Kamran Qasımovun evi naməlum şəxs və ya şəxslər tərəfindən qarət olunub. Mənzil sahibinin sözlərinə görə, oğurluq faktı onlar Xırdalanda, ata evində olduqları vaxt törədilib. Oğrular mənzildən 1 ədəd plazma televizor və xeyli qızıl-zinət əşyaları aparıblar.
Hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin əməkdaşları oğrulara aid barmaq izlərini və bir neçə maddi dəlil götürüblər. Hadisəni törədənlər axtarılır.
İ.N