Abşeron rayonunda qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə mayın 11-də baş verib.
Belə ki, Rəqsanə Abdullayevaya məxsus içərisində planşet və kosmetik əşyalar olan çantanı soyğunçuluq yolu ilə alınıb.
Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abdullayevaya məxsus içərisində planşet və kosmetik əşyalar olan çantanı soyğunçuluq yolu ilə almış Ramil Namazov tutulub.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az