Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ağcabədidə narkokuryerdən İran vətəndaşından alınmış iki kiloqramdan artıq heroin götürülüb
Ağcabədidə polis əməkdaşları narkokuryerlik edən şəxsdən iki kiloqramdan artıq heroin aşkarlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan rayon sakini Murad Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvanın yaxınlığında gizlətdiyi güclü təsiredici xassəyə malik iki kiloqramdan artıq heroin aşkarlanıb. O, heroini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Polis soyuducuda dörd kiloqram narkotik vasitə gizlədən şəxsləri saxladı
- Ölkə ərazisinə külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar
- İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı
- Məhkəmə tiktokerlərlə bağlı qərarını ELAN ETDİ
- Sevgilisini yataqdakı fotoları ilə şantaj etdi, CƏZALANDIRILDI