Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ağcabədidə qardaşı arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Ağcabədidə qardaşı arvadını öldürməkdə təqsirləndirilən Elgiz Sərhad oğlu Məhərrəmova hökm oxunub.
"Report" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, Elgiz Məhrrəmov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin may ayında Ağcabədi rayonunda baş verib. Rəsmi məlumata görə, Elgiz Məhərrəmov rayonun Sarıcalı kəndi ərazisində yerləşən evdə qardaşı arvadı Nəzmiyyə Məhərrəmovaya bıçaqla xəsarət yetirərək öldürməkdə təqsirli bilinib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Azərbaycanda DƏHŞƏTLİ QƏTL - Atasını öldürən yeniyetmə meyiti anası və qardaşı ilə birgə çaya atıb
- Bakıda küçədə 24 yaşlı oğlanı silahla qətlə yetirməkdə təqsirləndirilən hərbçiyə hökm oxunub
- İranda dəhşətli qətl: Qadın atası və qardaşı tərəfindən 16 güllə ilə vurularaq öldürüldü
- 38 yaşlı qadın dayısı tərəfindən qətlə yetirildi - İDDİA + Hadisə yerindən GÖRÜNTÜLƏR
- Arvadını öldürməkdə şübhəli bilinən kişi ilə bağlı YENİ FAKTLAR: "Qulaq kəsib, həbs edilməyib"