Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki rabitə kabellərinin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törədən yetkinlik yaşına çatmayan N.X. saxlanılıb. Onun şəhər ərazisindəki iki küçədən 367 metr uzunluğunda rabitə kabelini oğurlayaraq 4 000 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Oğurlanmış kabellərin bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda obyektlərdən 42 min manatlıq oğurluq olub
- Bakıda həbsdən çıxmış şəxs viski oğurladı və yenidən SAXLANILDI
- Bankomatdan insanların pulunu oğurlayan şəxs 13-cü dəfə həbs edildi
- Xaçmazda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Masallıda marketlərə qənim kəsilən şəxs SAXLANILDI - Başqa cinayətləri də ortaya çıxdı