Ağdaş rayonunda suvarma kanalından meyit tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, meyit bu gün saat 15:00 radələrində Yuxarı Şirvan kanalının Şəkili kəndi ərazisindən keçən hissəsində tapılıb.
Kənd sakinləri kanalda insan cəsədini görərək dərhal Ağdaş rayon Polis Şöbəsinə məlumat veriblər. Polis əməkdaşları kanaldan təxminən 60 yaşı olan qadın meyitini çıxararaq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparıblar. Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
Hadisənin təzə baş verdiyi və qadının intihar etdiyi ehtimal olunur. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi, hansı rayon sakini olması və nə üçün ölməsi barədə araşdırmalar davam edir. Qadını tanıyan şəxslərin Ağdaş rayon Polis Şöbəsinin (0202355181, 0555677979, 0502330610) telefon nömrələrinə məlumat verməsi xahiş olunur.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
A.M.