Ağdaş Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotik vasitənin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, VAZ-2106 markalı avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Nəqliyyat vasitəsini idarə edən Ramin Əfəndiyevin narkotik vasitənin təsiri altında olması ehtimal edildiyindən o, bölməyə gətirilib və müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, sürücünün marixuana qəbul edib, sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu sübuta yetirilib.
R.Əfəndiyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.