Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ağdaşda polisin narkotik əməliyyatında doqquz nəfər saxlanıldı
Ağdaş rayonunda polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı doqquz nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə rayon sakinləri - Anar Abdullayev, Niyazi İsmayılov, Nicat Məmmədov, Vüqar Kərimov, Qadir Qədirov, Pərviz Rəhimov, Gəray Əliyev, Tural Muradov və Sakit Baxışov saxlanılıblar. Onlardan 3 kiloqrama yaxın marixuana aşkar olunub.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Polis Şirvan Milli Parkında qanunsuz ceyran ovlayan şəxsi saxladı
- Daxili İşlər Nazirliyi əhaliyə müraciət edib
- Vətəndaşları videolarını yayacağı ilə hədələyib pul tələb edən kanal rəhbəri saxlanılıb
- İmişlidə qəzada zərərçəkənləri DİN rəhbərliyi qəbul edib
- Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb
Rəylər