Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Neftçi"ni çempion edən hücumçu karyerasını Yaponiyada davam etdirəcək
"Neftçi"nin sabiq forvardı Ahmed Ahmedov karyerasını Yaponiyada davam etdirəcək.
Oxu.Az xəbər verir ki, 29 yaşlı hücumçu "Spartak"dan (Bolqarıstan) "Şimizu S-Pulse"a transfer olunub.
Bu barədə Yaponiya klubunun mətbuat xidməti məlumat yayıb.
Bolqarıstanlı 2021-ci ildə "Neftçi"də çıxış edib. O, "ağ-qaralar"ın heyətində 9 oyunda 1 qol vurub.
Bu yeganə qol isə "Neftçi"yə çempionluq gətirib. Məhz bu qol sayəsində "Neftçi" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub etmiş və 2020-2021-ci illər mövsümündə çempion olmuşdu.
"Neftçi PFK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar