Ağstafa sakinləri xarici vətəndaşları 7 il məcburi əməyə cəlb ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Ağstafa rayonunun Köçəsgər kənd sakinləri Elsevər Tağıyev və Şahin Əliyev 2007-ci ildən 2014-cü ilin aprel ayınadək olan müddətdə kənd ərazisində olan özlərinə məxsus fermalarda Rusiya Federasiyasının vətəndaşları Vladimir Naumovu və Aleksandr Zıkovu məcburi əməyə cəlb ediblər.