Ağstafada gənc oğlanı qətlə yetirən şəxsin kimliyi bəlli olub.
Oxu.Az xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən şəxs, mərhumun dayısı oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Əli Mübariz oğludur.
İlkin ehtimallara görə, hadisə tərəflər arasında söyüş üstə düşən dava zamanı başverib.
21:38
Ağstafa rayonunun Köçəsgər kəndində qətl hadisəsi baş verib.
“Report” xəbər verir ki, 2001-ci il təvəllüdlü Çingiz Vəlizadə yaşadığı evin önündə ürəyindən bıçaq zərbəsi alıb.
Hadisənin təfərrüatları hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.