Bakıda quldurluq hadisəsi baş verib.
Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, iyunun 4-də saat 20:00 radələrində Nizami rayonu Rüstəmov küçəsində binanın girişində 2 naməlum şəxs İsayeva Yeganə Sabir qızına hücum edərək onu döyüb.
Onlar Y.İsayevanın içərisində 6 manat və bankomat kartları olan portmanatını alıb qaçıblar.
Y.İsayeva isə səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib.
Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, 1994-cü il təvəllüdlü Səidə Kərimova olduğu müəyyən edilib.
Nizami RPİ tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Z.Q.
www.oxu.az