Binəqədi rayon 40-cı polis bölməsinin əməkdaşları Gəncə sakini 19 yaşlı Quluzadə Sabilə Mütəllim qızını axtarmaqdan yorulublar.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən bildirilənə görə, Sabilə Quluzadə bu ilin aprel ayının 19-da Bakı beynəlxalq avtovağzalından yoxa çıxıb.
“Anası Munasə Quluzadə bildirib ki, aprel ayının 19-da Sabilə 11 yaşlı bacısı ilə 9-cu mikrorayonda yaşayan qohumlarının evindən çıxıb, taksiyə oturub avtovağzala yola düşüblər. 11.30-da Sabilə bacısını Gəncə avtobusuna oturdub. Anasına zəng edərək bacısını avtobusa oturtduğunu və onun günorta Gəncəyə çatacağını deyib. Sonra isə anasına evə gəlməyəcəyini, Bakıda qalıb karyera quracağını bildirib”.
Bu zəngdən sonra Sabilə telefonu söndürüb və doğmaları bir daha ondan xəbər almayıblar. Sabilənin qardaşı onu axtarmaq üçün Bakıya yollanıb.
Aprel ayının 22-də Sabilə anası ilə gizli nömrədən əlaqə saxlayıb. Anasına kafedə yaxşı iş tapdığını və narahat olmamasını deyib.
“Biz qızın anası ilə əlaqə saxladıq. Qadın dedi ki, aprel ayının 15-də qızları ilə “Sədərək” ticarət mərkəzinə alış-veriş üçün gəlib. Bu zaman qızı qohumlarıgilə getmək istədiyini deyib”.
“Mən onu kiçik qızımla buraxdım. Sabilə ağıllı qızdır, heç vaxt qınanılası hərəkət etməyib. Mən ona heç nədə etiraz etmirdim, ona görə də belə qaçacağını ağlıma da gətirmirdim. Bu gün zəng edib deyib ki, yaxşı işə düzəlib. Ona qayıtması, heç olmasa harda qaldığı, harda işlədiyini deməyi üçün yalvardım. Hamımızın çox narahat olduğunu dedim. Amma o fikrini dəyişmədi. Qızım hardadı? Nə edir? Bəlkə də pis yola çəkiblər? ”, - deyə, ana ağlayaraq danışdı.
Ananın sözlərinə görə, Bakıya gələnə qədər qızı Nigar adlı rəfiqəsi ilə yazışırdı. O, Bakıda oxuyur.
“Mənim qızımı o yoldan çıxartdı. Elə hey yazırdı ki: “Bakıda yüksək maaşlı iş tapmaq olar, gəl bura””, - deyə Munasə Quluzadə qeyd edib.
Polis idarəsində qeyd etdilər ki, son zamanlarda qızların evdən qaçması halları çoxalıb. Adətən evdən ərə getmək üçün qaçırlar, amma kafedə karyera qurmaq üçün – nadir hallarda.