Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkən İlham Hüseyn bildirib ki, əvvəllər Anar Əsədli ilə dost olublar:
"2020-ci ilin mart ayında pula ehtiyacı oldu və məndən borc istədi. Mən də ona 10 min dollar borc verdim. Demişdi ki, pulu may ayında qaytaracaq, amma qaytarmadı. Sonradan eşitdim ki, bir neçə adamdan da pul alıb, qaytarmayıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları pulumu tam alıb qaytardılar. Şikayətim və tələbim yoxdur".
Proses mayın 1-nə təxirə salınıb.
İttihama görə, Anar Əsədli 2023-cü ildə saxlanılıb. Dələduzluqda təqsirləndirilən sabiq partiya sədri barədə həbs qətimkan tədbiri seçilib. Bir müddət sonra o, ev dustaqlığına buraxılsa da, məhkəmə istintaqı dövründə yenidən həbs edilib.
Cinayət işi üzrə dörd nəfər zərərçəkmiş var.