Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Azər İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, prosesdə hökm oxunub.
Hökmə əsasən, A.İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, A.İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
A.İsrafilov ANS və İTV telekanallarında çalışıb.