Dünən Binəqədi rayonunda gecə saatlarında ər öz arvadını bıçaqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Binəqədi rayon Polis İdarəsindən bildiriblər.
Məlumata əsasən, 33 yaşlı işsiz Bəhram Quliyev, 31 yaşlı həyat yoldaşı Gülnaz Quliyevaya (adlar etik normalara görə dəyişdirilib) bıçaq zərbələri vurub.
Nəticədə qadın sinə nahiyəsindən aldığı yaralarla xəstəxanaya yatırılıb. Cinayət Gülnaz Quliyevanın ərindən gizlənməyə çalışdığı atası evində baş verib.
Həkimlər zərərçəkənin vəziyyətini sabit-ağır kimi qiymətləndirirlər. B.Quliyev törətdiyi hadisədən sonra polisə gələrək əməlini etiraf edib. İlkin dindirilmə zamanı kişi arvadını başqa bir kişi ilə tutduğu üçün cəzalandırdığını bildirib.
Hal-hazırda istintaq bu versiyanı cinayət motivi kimi nəzərdən keçirir.
Fakt üzrə cinayət işi açılıb.
E.Ə.
www.oxu.az