ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiostansiyasına müsahibəsində bildirib ki, ATƏT MQ-nin həmsədrləri son həftələr ərzində Qarabağ münaqişəsi zonasında zorakılığın gərginləşməsindən ciddi narahatlıq ifadə edirlər.
“Biz, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində son vaxtlar baş vermiş ciddi zorakılıq hallarından dərin narahatlıq keçiririk”, - deyə, o, bildirib.
Diplomatın sözlərinə görə, son insidentlər və zorakılığın artması bilavasitə bütün region ölkələrinə zərər vurur.
“Biz tez bir vaxtda regiona səfər etmək və tərəflərlə danışıqlar aparmaq, həmçinin prezidentlərlə danışıqlar aparmağı planlaşdırırıq”, - deyə, Uorlik bildirib.