Astarada həyat yoldaşının əllərini bağlayıb dəmir parçası ilə döyən, qulaqlarını kəsib, başını qırxan əri polisə ifadə verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Astara sakini 28 yaşlı Nisə Xəlilovanı vəhşicəsinə döyən həyat yoldaşı Çingiz Mehdiyev artıq bir neçə saat bundan əvvəl polisə ifadə verib.
Astara rayon Prokurorluğuna gələrək ifadə verən ər, hadisəni namus üstündə törətdiyini bildirib.
Hazırda, faktla bağlı Astara rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145-ci maddəsi ilə cinayət işi başlanıb.
Çingiz Mehdiyevin əməli sübuta yetirildiyi təqdirdə onu 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.