Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Serj Sarkisyan: Qarabağ sizin üçün bir ərazidir, bizim üçün isə müqəddəs vətəndir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən iclasında qurum üzvlərinin suallarını cavablandıran Ermənistan prezidenti Serj Sarkisyanla Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov arasında qalmaqal yaşanıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Serj Sarkisyana sual verərkən ona Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edildiyini xatırladıb və deyib ki, bu azmış kimi ermənilər Türkiyə və Gürcüstan ərazilərinə də iddia edirlər.
Səməd Seyidovun sualı Serj Sarkisyanı əsəbləşdirib. Ermənistan prezidenti Səməd Seyidovun sualına cavab olaraq bildirib ki, Ermənistanın qonşularına qarşı heç bir ərazi iddiası yoxdur. Gürcüstanın Çavxateya bölgəsinə iddiası ilə bağlı məsələyə bildirən Sərkisyan bunu “ilk dəfə eşitdiyini”, iki qədim və dost xalq arasında danışıqlarla həll edilməyəcək məsələnin olmadığını bildirib.
Bundan əlavə, Sarkisyan deyib ki, “Ermənistan Dağlıq Qarabağın qarantıdır və Azərbaycanın Dağlıq Qarabağla müharibə elan edəcəyi təqdirdə Ermənitan bütün resurları ilə onu müdafiə edəcək”.
Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edilməsi faktına münasibət bildirərkən isə işğalçı dövlətin başçısı həyasızcasına deyib ki, Azərbaycanın torpaqlarını ermənilər işğal etməyib.
“Azərbaycan müharibə ilə bağlı fikirlər səsləndirməkdən vaz keçsin. Yeni müharibə olarsa, 20 faiz deyil, 25 faiz və hətta artıq ərazinizi itirəcəksiniz” deyə Sarkisyan həyazıscasına nitqini başa vurub.
APA-nın məlumatına görə, Sarkisyan çıxışı zamanı erməni ziyalılarının azərbaycanlılara yazdığı məktubdan sitat gətirərək Dağlıq Qarabağ bölgəsinin azərbaycanlılar üçün sadəcə bir ərazi olduğunu, ermənilər üçün isə müqəddəs vətən olduğunu deyib.
S.Sarkisyanın iddiasına görə, Dağlıq Qarabağ Avropanın ayrılmaz hissəsidir və orada demokratik təsisatlar çox yüksək səviyyədə, hətta bəzi qonşu ölkələrdən daha yüksək səviyyədədir.
Onun sözlərinə görə, Azərbaycan münaqişənin həllində müəyyən süni problemlər yaratmağa başlayıb:
“Hiss olunur ki, onlar güc tətbiq etmək niyyətindədirlər”.
"Ermənistan" teqi üzrə xəbərlər
- Azərbaycandakı dini konfessiyaların rəhbərlərindən dünya ictimaiyyətinə MÜRACİƏT
- Qərbi Azərbaycan İcması Ararat Mirzoyana cavab verib
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Ermənistanın yeni konstitusiyasının mətni 2026-cı ildə hazır olacaq
- Ermənistan aviaşirkəti Moldova ərazisində qadağan edilib