Həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə təqsirləndirilən Firuz Qasımovun cinayət işinin məhkəməsi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən ilk hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası avqustun 15-nə təyin edilib.
Xatırladaq ki, hadisə 21 yanvar 2026-cı il tarixdə Bakının Xəzər rayonu ərazisində baş verib.
40 yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı marketdən çıxıb bacısının evinə gedən zaman əri, 1989-cu il təvəllüdlü Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib.
Firuz Qasımov boşanmaq üçün məhkəməyə verdiyi ərizəyə görə ona irad tutub. Qadın boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub.
Qadın hadisə yerində ölüb.
Qeyd edək ki, onların birgə nikahdan iki yeniyetmə övladı var. Hadisə günü isə övladlar nənəsinin yanında, yəni Biləsuvar rayonunda olublar. Günel Abbasova bir aydır ki, yoldaşından uzaqlaşıb, bacısının evində yaşayırmış.
Elgün Həsənli