Azərbaycanın Astara rayonunda dəhşətli qətl törədilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Sığaloni kəndində qeydə alınıb.
Kənd sakini, 83 yaşlı İsmayıl Qubad oğlu Qulamov ailə münaqişəsi zəminində həyat yoldaşı, 72 yaşlı Məhbubə Xanhəsən qızı Nurəliyevanı odlu silahla qətlə yetirib.
İ.Qulamov daha sonra özünü güllələyib. O da ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.