Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Astarada qanunsuz ov edən şəxs saxlanılıb
Çəltik sahəsində qanunsuz ov edən Astara sakini saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovlamanın, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Z.Məmmədovun rayonun Süparibağ kəndi ərazisindəki çəltik sahəsində qanunsuz ov etdiyi müəyyən olunub. Ondan 1 ədəd "İJ" markalı tüfəng, ov alətləri və qanunsuz ovladığı çöl quşları aşkarlanıb.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirilən tədbirlər nəticəsində 11 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanaraq götürülüb.
Faktlar üzrə araşdırma aparılır.
Rəylər