Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ata və qızının ölümünə səbəb olan sürücüyə hökm oxundu
Sabirabadda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rauf Zeynalovun məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Zeynalov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.
Qeyd edilib ki, 1978-ci il təvəllüdlü Rauf Zeynalov idarə etdiyi "MilliÖn" şirkətinin inkassatoru olan "Ford Transit" markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedi vurub. Nəticədə velosipedi idarə edən 1972-ci il təvəllüdlü Suliddin Lətif oğlu Əliyev hadisə yerində ölüb. Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Zeynəb Suliddin qızı Əliyeva isə xəstəxanada dünyasını dəyişib.
Ekspertizaya təqdim edilmiş videoda sürücünün saatda 50 kilometr sürət təyin edilmiş yolda avtomobili 93 km/saatla idarə etməsi məlum olub.
Məhkəmədə S.Əliyevin həyat yoldaşı təqsirləndirilən sürücünü bağışladıqlarını, onun dəymiş zərəri ödədiyini bildirib.
Məhkəmə R.Zeynalovu Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib. Ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib və sürücü barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib və azadlıqda qalıb.
"Lənkəran Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Lənkəranın sabiq baş memarına daha bir cinayət əməlinə görə hökm oxunub
- Rüşvət alan xəstəxana rəhbəri və həkimə şərti cəza verildi
- Sevgilisini öldürdükdən sonra fotosunu sosial şəbəkədə paylaşdı - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
- 13 yaşlı qızını öz sevgilisi ilə görüşdürdü, çılpaq videolarını göndərdi: Beyləqanda dəhşətli olay
- "Bank of Baku"nun əməkdaşı taksi sürücüsü ilə əlbir olaraq qanunsuz kreditlər ayırıb - MƏHKƏMƏ
Rəylər