Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Boneyrli jurnalist: "Niderland bizim dəyərlərimizə və mədəniyyətimizə hörmət etmir"
"Biz eynicinsli nikahları normallaşdırma dəyərləri ilə böyüdülməmişik. Bizim normalarımıza, dəyərlərimizə, mədəniyyətimizə hörmət edilməlidir, ancaq təəssüf ki, edilmir"
"Report" xəbər verir ki, bunu Boneyrdə "Vision FM 97.1" radiosunun rəhbəri Albertiko Canqa Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyr İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən "Boneyr adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu" adlı konfransda deyib.
"Bu gün burada vurğulamaq istədiyim şeylərdən biri də adamızdakı gəlir vergisidir. Gəlir vergisi Niderland hökuməti tərəfindən alınır və biz vergini o hökumətə ödəyirik. Niderlandın maliyyə naziri heç vaxt Boneyr dövlət qurumuna hesabat vermir.
Digər bir problem stomatoloji xidmətlə bağlıdır. Əvvəllər pulsuz stomatoloji xidmətdən istifadə etmə imkanımız vardı, amma bunu bilən Niderland idarəçiliyi sonra bu hüquqdan da bizi məhrum etdi. Səhiyyə sistemimizi öz əlinə aldı. Bizdə də iki ildən bir pulsuz göz müayinəsi olurdu, indi isə üç ildən birə dəyişdirilib.
Xəstələr öz həkimlərindən doğumlu bağlı qarantiya ala bilmirlər. Bunlar səhiyyədə üzləşilən problemlərdir", - o qeyd edib.
"Bakı Təşəbbüs Qrupu (BTQ)" teqi üzrə xəbərlər
- Fransa müstəmləkələrindən olan media nümayəndələri Mətbuat Şurasında olublar
- Bakı Təşəbbüs Qrupunun rəhbərliyi ilə xarici media nümayəndələri arasında görüş olub
- Fransa müstəmləkələrində fəaliyyət göstərən jurnalistlərin ilk dəfə Azərbaycana səfəri başlayıb
- Beynəlxalq Dekolonizasiya Cəbhəsi Prezident İlham Əliyevin Dəmir Yumruğunu özünə rəmz seçib
- BTQ-nin icraçı direktoru: "Fransanı əsassız ittihamları kənara qoymağa və əməkdaşlığa dəvət edirik"