Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Atasını qətlə yetirən şəxslə bağlı qərar dəyişdi
Şirvan Apellyasiya Məhkəməsində İmişli rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən rayon sakini Cavid Bədirxanovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya protesti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Təqsirləndirilən şəxsə ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilib.
Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı il C.Bədirxanovun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən edilib, o, cinayət məsuliyyətindən və cəzadan azad edilib. Təqsirləndirilən şəxsin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Hadisə İmişli rayonunun Hacırüstəmli kəndində qeydə alınıb. 1992-ci il təvəllüdlü C.Bədirxanov münaqişə zəminində atası, 1960-cı il təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilsə də, bir müddətdən sonra orada ölüb.
C.Bədirxanov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.
"İmişli" teqi üzrə xəbərlər
- İmişlidə QƏZA: Ölən var
- İki qurumdan birgə ƏMƏLİYYAT: 134 kiloqram narkotiklə yaxaladılar
- Qazax və İmişli sakinləri evlərində ölü tapılıblar
- Baş prokuror Kamran Əliyevdən beş aydır nə ölüsü, nə dirisi tapılan Rasimlə bağlı TAPŞIRIQ
- Eşqə görə intihar edən kişinin sevgilisinin iki uşağı olub - TƏFƏRRÜAT + YENİLƏNİB
Rəylər