Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, martın 14-də Nəsimi rayonu ərazisində 20 saylı xətt avtobusunda Ağsu rayon sakini Azər Niftəliyevin cibindən 500 ABŞ dollarını oğurlayıblar.
Azər Niftəliyevin cibindən 500 ABŞ dollarını oğurlayaraq avtobusdan düşüb qaçan şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.
Onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Cavanşirli olması müəyyən edilib.
E.Ə.
www.oxu.az